Elxan Avropa çempionu oldu

22 Aprel 2017 19:48 Cüdo 712
Elxan Avropa çempionu oldu

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının 3-cü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb. Sportinfo.az xəbər verir ki, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışıblar.

Uşangi Kokauri (+100 kq) 1/8 finalda keçirdiyi ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarımfinala yüksəlib. Qasımovla Məmmədov finala vəsiqə uğrunda görüşdə üz-üzə gəliblər. Bu dəfə daha təcrübəli olan dünya çempionu ipponla qalib gələrək, finala yüksəlib. Mehdiyevlə Qasımov isə həm yarımfinalda, həm də təsəlliverici görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər.

Məmmədov isə həlledici görüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, fransalı Siril Mareyə qızıl xalda ipponla qalib gəlib. Bununla da Azərbaycan təmsilçisi 2013-cü ildə əldə etdiyi dünya çempionluğundan sonra Avropa çempionu tituluna da yiyələnib. Bu, Avropa çempionatında 5-ci medal və ikinci "qızıl" olub. İlk 2 yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

90 kq

Bürünc medal görüşü. Məmmədəli Mehdiyev - Beka Qvinaşvili (Gürcüstan)
1/2 final. Məmmədəli Mehdiyev - Aleksandr Kukol (Serbiya)
1/4 final. Məmmədəli Mehdiyev - Yeqor Varapayev (Belarus)
1/8 final. Məmmədəli Mehdiyev - Marko Bubanya (Monteneqro)
1/16 final. Məmmədəli Mehdiyev - İon Dumbrava (Moldova)

100 kq
Bürünc medal görüşü. Elmar Qasımov - Kazbek Zankişiyev (Rusiya)
1/2 final. Elmar Qasımov - Elxan Məmmədov
1/4 final. Elmar Qasımov - Kirill Denisov (Rusiya)
1/8 final. Elmar Qasımov - Mikita Svirid (Belarus)
1/16 final. Elmar Qasımov - Filipp Qalandi (Almaniya)
Final. Elxan Məmmədov - Siril Mare (Fransa)
1/2 final. Elxan Məmmədov - Elmar Qasımov
1/4 final. Elxan Məmmədov - Peter Paltçik (İsrail)
1/8 final. Elxan Məmmədov - Artur Nikiforenko (Latviya)
1/16 final. Elxan Məmmədov - Vinçentso D Arko (İtaliya)

+100 kq
1/8 final. Uşangi Kokauri - Harun Sadıkoviç (Bosniya və Herseqovina)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!