Rövnəq Abdullayev: "ƏLA""

22 Aprel 2017 12:36 Cüdo 843
Rövnəq Abdullayev: "ƏLA""

"İki günə 4 medal əla nəticədi. Bu münasibətlə hamınızı təbrik edirəm" - Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında Azərbaycan yığmasının çıxışını dəyərləndirərkən deyib.

O bildirib ki, medallardan birinin "qızıl" olması yüksək göstəricidi: "Kişilər arasında 7 çəki dərəcəsinin 4-də yarışlar başa çatıb. Bunların 3-də 4 medal, o cümlədən 1 qızıl medal qazanmışıq. Bu, gözəl nailiyyətdir".

Avropa çempionatının ilk 2 yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq. Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finaldan, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) isə 1/16 finaldan mübarizəyə qoşulacaqla.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti