Rusiyanın Sankt Peterburq şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışı keçirilib. Sportinfo.az xəbər verir ki, yarışda çıxış edən komandamız 1 qızıl, 2 bürünc medalla yadda qalıb.
55 kiloqram çəki dərəcəsində çıxış edən Natiq Qurbanlı bütün rəqiblərinə qalib gələrək, turnirin baş mükafatına sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov, 100 kq-da isə Musa Şəkərəliyev bürünc medalı boynundan asıb.
Bu nəticə ilə Azərbaycan komandası 17 ölkə arasında altıncı yeri tutub. İlk üç yerdə, müvafiq olaraq, Rusiya, Yaponiya və Fransa cüdoçuları qərarlaşıb. Komandamız turnirdə yalnız kişilərin mübarizəsində təmsil olunub.

