Azərbaycanlı hakim Avropa kubokunun finalını idarə etdi

13 Aprel 2017 00:16 Cüdo 559
Azərbaycanlı hakim Avropa kubokunun finalını idarə etdi

Çex Respublikasının Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçirilib. Sportinfo.az xəbər verir ki, bu mötəbər yarışda ölkəmizi cüdoçularımızla yanaşı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli də təmsil edib.

Bir çox vacib qarşılaşmaları idarə edən ədalət təmsilçimiz 48 kq çəki dərəcəsində qadınların final görürüşünün əsas hakimi olub. 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunurdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti