Azərbaycan yığmasından Antalyadakı Qran Pridə 3 medal

10 Aprel 2017 00:40 Cüdo 533
Azərbaycan yığmasından Antalyadakı Qran Pridə 3 medal

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran Priyə yekun vurulub. Sportinfo.az xəbər verir ki, son yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb. Onlardan yalnız biri - dünya çempionu Elxan Məmmədov mükafatçılar sırasına düşməyi bacarıb. O, ilk görüşündə özbəkistanlı rəqibini yensə də, 1/4 finalda rusiyalı cüdoçuya yenilib.

Bununla belə, təsəlliverici görüşdə Məmmədov cənubi koreyalı, bürünc medal qarşılaşmasında isə BƏƏ-dən olan rəqibini yenərək, 3-cü yeri tutub. Tural Safquliyev və Uşangi Kokauri isə 5-ci yerlə kifayətlənib. İlk 2 yarış günündə Azərbaycanın 13 cüdoçusundan Hidayət Heydərov (73 kq) və Nəzakət Əzizova (52 kq) bürünc medal qazanıb, Aişə Qurbanlı (48 kq) isə 5-ci yeri tutub.

90 kq
1/8 final. Tural Safquliyev - Çanço Kim (Cənubi Koreya)
1/4 final. Tural Safquliyev - Altanbaqana Qantulqa (Monqolustan)
Təsəlliverici görüş. Tural Safquliyev - Şaxzodbek Sabirov (Özbəkistan)

100 kq
1/8 final. Elxan Məmmədov - Şirəli Jurayev (Özbəkistan)
1/4 final. Elxan Məmmədov - Niyaz İlyasov (Rusiya)
Təsəlliverici görüş. Elxan Məmmədov - Min-Ho Hvanq (Cənubi Koreya)
Bürünc medal görüşü. Elxan Məmmədov - İvan Remarenko (BƏƏ)

+100 kq
1/8 final. Uşangi Kokauri - Da Som Yanq (Cənubi Koreya)
1/4 final. Uşangi Kokauri - Jambıl Turginaliyev (Qazaxıstan)
1/2 final. Uşangi Kokauri - Yuri Krakovetski (Qırğızıstan)
Bürünc medal görüşü. Uşangi Kokauri - Musa Tumenov (Rusiya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti