Yığmamız Avropa kubokunun ilk günündə 5 medal qazandı

9 Aprel 2017 14:20 Cüdo 530
Yığmamız Avropa kubokunun ilk günündə 5 medal qazandı

Çex Respublikasında yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib. Sportinfo.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 3 qızıl, 1 gümüş, 1 bürünc medal yazdırıb. Təmsilçilərimizdən Əli Əsgərzadə (50 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar.

55 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tanrıverdiyev yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. Eyni çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Əmrah Səlimli isə bürünc medala sahib olub. Bununla da, ilk günün nəticələrinə görə millimiz komanda hesabında birinci yerdə qərarlaşıb. 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti