Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran Pri yarışı davam edir. Sportinfo.az xəbər verir ki, 100 min dollar mükafat fonduna malik turnirin ikinci günündə Azərbaycan milli komandasının daha 3 üzvü mübarizəyə qoşulub. Onlardan Gülsədəf Kərimova (63 kq) ilk görüşdə uduzub.
Hüseyn Rəhimli (73) isə Hyunsu Parka (Cənubi Koreya) qalib gəlsə də, 1/8 finalda Rok Draksiçə (Slovakiya) yenilərək, medal əldə etmək şansını itirib. Hidayət Heydərov (73 kq) isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. İlk görüşdə Laşa Lomidzeyə (Rusiya) qalib gəlib,
1/4 finalda Hasan Vanlıoğluna (Türkiyə) uduzan cüdoçu, təsəlliverici görüşdə Xadbatar Naranxunu (Monqolustan) üstələyib. H.Heydərov “bürünc” uğrunda kosovalı Akil Qjakova ilə güləşəcək. İlk yarış günündə tatami üzərinə çıxan 7 cüdoçudan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. 52 kq çəki dərəcəsində yer alan Nəzakət Əzizova bürünc medala sahib olub.

