Nəzakət Əzizova Antalya Qran-prisində bürünc medal qazandı

8 Aprel 2017 00:40 Cüdo 573
Nəzakət Əzizova Antalya Qran-prisində bürünc medal qazandı

Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Qadın təmsilçilərimizdən 52 kq çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı isə 5-ci olub. Otuz dörd ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur. Antalya Qran-prisinə aprelin 9-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti