Azərbaycan millisi ciddi problemlə üzləşdi: yenidən baş qaldırıb

4 Aprel 2017 00:08 Cüdo 620
Azərbaycan millisi ciddi problemlə üzləşdi: yenidən baş qaldırıb

Cüdo üzrə Azərbaycan milli komandası ciddi problemlə üzləşib. Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan Orxan Səfərov zədələnib. İyirmi altı yaşlı idmançının diz nahiyəsindəki köhnə ağrıları bu yaxınlarda Qazaxıstandakı təlim-məşq toplanışı zamanı yenidən baş qaldırıb.

Nəticədə o, Macarıstanın Tata şəhərindəki toplanışdan kənarda qalıb. Hazırda Səfərov Bakıda tibbi-bərpa prosesi keçir. Həkimlər cüdoçunun Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarında iştirakına çalışırlar. Yekun qərar isə gələn həftə veriləcək.

Orxan Səfərov karyerası ərzində müxtəlif Qran Prilərin qalibi olmaqla yanaşı, 2013-cü il dünya çempionatında bürünc, son 2 Avropa çempionatında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanıb. O, Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında 60 kq çəki dərəcəsində liderdir. Avropa çempionatı 20 - 23 apreldə Polşanın paytaxtı Varşavada, İslamiada isə 12 - 22 mayda Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti