Gürcüstanın paytaxtı Tbilisidə start götürən Qran Prinin ilk günü cüdo üzrə Azərbaycan milli komandası üçün uğursuz alınıb. Azərbaycan 3 gün davam edəcək Qran Pridə 16 idmançı ilə təmsil olunur. Sportinfo.az xəbər verir ki, mübarizəyə qoşulan 4 kişi və 3 qadın idmançıdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.
Ən yaxşı nəticəni Mehman Sadıqovla (60 kq) Orxan Hacıağalı (66 kq) göstərib. Onlar təsəlliverici görüşdə uduzmaqla, 7-ci yeri tutublar. Sahib Əsgərov (60 kq), Tərlan Kərimov (66 kq), Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq) və Səkinə Zayirova (57 kq) isə ilk görüşdə məğlub olublar.

