Yığmanın üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş

15 Mart 2017 10:36 Cüdo 604
Yığmanın üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə “Böyük dəbilqə” turnirində 7 medal qazanan cüdo üzrə millimiz, həmçinin Niderlandda “Dutch open”də 10 mükafata yiyələnən taekvondo yığmasının üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş olub.

Sportinfo.az-ın xəbərinə görə, toplantıda GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, hər 2 komanda beynəlxalq yarışda yüksək səviyədə çıxış edib; bu da Azərbaycan dövlətinin idmana göstərdiyi diqqət və qayğının bir nümunəsidi.

Cüdo millimizin böyük məşqçisi Fərhad Məmmədov və taekvandoçuların böyük məşqçisi Rəşad Əhmədov mayda Bakıda keçiriləcək 4-cü İslam həmrəyliyi oyunlarına ciddi hazırlıq görüldüyünü bildiriblər. Hər 2 mütəxəssis idmançılarımızın yaxın gələcəkdə digər beynəlxalq yarışlarda da medal qazanacaqlarına əminliklərini deyiblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi