Millimiz yeniyetmələr arasında Avropa ikincisi oldu

6 Mart 2017 12:48 Cüdo 544
Millimiz yeniyetmələr arasında Avropa ikincisi oldu

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb.

Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl, Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb.

Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2-ci yeri tutub. Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti