“Qəbələ”nin cüdo bölməsinin baş məşqçisi Ramil İsmayılov yeni vəzifəyə təyinat alıb. Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis gənclərdən ibarət Azərbaycan milli komandasında da fəaliyyət göstərəcək. Belə ki, yığmanın məşqçilər heyətində dəyişiklik gerçəkləşib.
Elçin İsmayılov komandanın yeni baş məşqçisi təyin olunub. “Qəbələ”nin baş məşqçisi olan Ramil İsmayılov, həmçinin Rəşad Həsənov və İlham Məmmədov isə yığmanın köməkçi məşqçi vəzifəsini icra edəcək. Təyinatdan sonra məşqçilər gənclərdən ibarət milli komandamızın üzvlərinə təqdim olunub.

