Cüdo üzrə Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılacaq ölkələrin siyahısında dəyişiklik olub. Sportinfo.az-ın məlumatına görə, martın 10-12-də baş tutacaq yarışda iştirak edəcək yığmaların sayı 32-yə çatıb. Azərbaycana gələcək 31 komanda 193 (126 kişi, 67 qadın) sifariş edib. Yarışda iştirakçıların sayının artması istisna edilmir.
Belə ki, artıq ölkəmizlə yanaşı, Belçika, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Çin Taypeyi, Kolumbiya, Xorvatiya, Çexiya, Estoniya, Gürcüstan, Böyük Britaniya, Qvenea-Bissau, Macarıstan, İran, İsrail, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Hollandiya, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan və Venesuela “Böyük Dəbilqə”yə qatılacağını təsdiqləyib.

