Rumıniya Cüdo Federasiyasının İdarə Heyətinin iclası keçirilib. Sportinfo.az xəbər verir ki, Rumıniya Milli Olimpiya və İdman Komitəsində keçirilən iclasda 150-dən çox nümayəndə iştirak edib. Rumıniya Cüdo Federasiyası prezidentliyinə, vitse-prezidentliyinə və digər rəhbər vəzifələrə seçkilər keçirilib.
Rumıniyanın tanınmış siyasətçisi və jurnalisti Cozmin Guşa federasiya prezidenti seçilib. Daha sonra federasiyanın vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib.
SOCAR-ın Rumıniyadakı "SOCAR Petroelum SA” şirkətinin baş direktoru Həmzə Kərimov da daxil olmaqla daha 4 nəfər vitse-prezident vəzifələrinə seçilib. Rumıniya Cüdo Federasiyasının hazırkı prezidenti Daniel Florin Lascau 2015-ci ildə noyabrın 23-də bu vəzifəyə seçilib və bu il onun səlahiyyət müddəti başa çatır.

