Azərbaycan millisi Bakıda keçiriləcək D üçün Almaniyada hazırlaşır

10 İyul 2018 16:12 Cüdo 542
Azərbaycan millisi Bakıda keçiriləcək D üçün Almaniyada hazırlaşır

Cüdo üzrə Azərbaycan millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlarını Almaniyada davam etdirir.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, cüdoçular həftəsonu Saarbrüken şəhərində keçiriləcək açıq Avropa Kubokunda mübarizə aparacaqlar.

Almaniya turnirində qitənin ən güclüləri medallar uğrunda yarışacaqlar. Milli komanda ötən həftə İspaniyanın Kastelldefels şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında da iştirak edib.

Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycanla yanaşı, Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Braziliya və digər ölkələrin yığmaları qatılıb. Dünya çempionatı 21 – 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!