“Qəbələ”dən Azərbaycan birinciliyində 6 medal - FOTO

16 Fevral 2017 12:00 Cüdo 709
“Qəbələ”dən Azərbaycan birinciliyində 6 medal - FOTO

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, iİki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib və birinciliyi 6 medalla başa vurub. 55 kq çəki dərəcəsində iki idmançımız fəxri kürsüyə yüksəlib. Rövşən Əliyev 1-ci, Nurlan Osmanov 3-cü yeri tutub.

Finala qədər irəliləyən İsmayıl İbrahimov 66 kq, Hasil Cəfərov isə 73 kq çəki dərəcəsində gümüş mükafatçı olub. Daha iki idmançımız medalçılar sırasına düşə bilib. İmran Yusifov 100 kq, Vüsal Orucov +100 kq çəki dərəcəsində 3-cü yeri tutub. Hesabında 1 qızıl, 2 gümüş, 3 bürünc medal olan “Qəbələ” komanda hesabında 18 xalla 3-cü olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti