Mingəçevirdə məşqçilər üçün seminar keçirildi

4 İyul 2018 18:36 Cüdo 519
Mingəçevirdə məşqçilər üçün seminar keçirildi

Azərbaycan Cüdo Federasiyası (ACF) mütəmadi olaraq regionlarda çalışan məşqçi-müəllimlər üçün seminarlar təşkil edir və onlar bu idman növünün yeni qaydaları ilə ətraflı məlumatlandırılır.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, növbəti belə bir tədbir Mingəçevirdə baş tutub.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Aran Qarabağ” regionunun məşqçi və müəllimləri üçün seminar keçirilib.

Seminar Mingəçevirə ezam olunmuş federasiyanın Regionlarda cüdonun inkişaf sektorunun şöbə müdiri Tərlan Poladlı və məşqçilər komitəsinin üzvü Musa İsmayılov tərəfindən aparılıb.

Seminar iştirakçıları cüdonun daim inkişafda olan yeni texnika və qaydaları ilə həm nəzəri, həm də praktiki olaraq məlumatlandrılıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!