Dünya çempionatına həsr olunan "Federasiya kuboku"nun finalı Göygöldə

25 İyun 2018 12:12 Cüdo 805
Dünya çempionatına həsr olunan "Federasiya kuboku"nun finalı Göygöldə

Bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunan "Federasiya kuboku" yarışının final mərhələsi keçirilib.

Sportinfo.az xəbər verir ki, Göygöl rayonunda təşkil edilən turnirdən bir gün öncə bölgə hakimlərinin seminarı keçirilib.

Seminarda cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən kiçik yaşlı yeniyetmələrin regionlararsı "Federasiya kuboku" yarışının finalında ən güclü komandalar mübarizə aparıb.

Bütün rəqiblərinə qalib gələn "Bakı - 1" komandası birinci yerə layiq görülüb. "Şimal-Qərb" komandası yarışın gümüş medalını qazanıb.

"Bakı-2" və "Sumqayıt-1" komandaları bürünc medallara sahib olublar. İlk dəfə olaraq keçirilən "Federasiya kuboku" yarışının qalib və mükafatçılarına diplom, kubok və medallar təqdim olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!