"Qəbələ"nin üzünü 4 nəfər ağartdı - Azərbaycan birinciliyində

14 İyun 2018 12:00 Cüdo 595
"Qəbələ"nin üzünü 4 nəfər ağartdı - Azərbaycan birinciliyində

23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarışda ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparıb.

İki gün davam edən birincilikdə “Qəbələ” İdman Klubunun üzvləri də qüvvəsini sınayıb. Cüdoçularımız yarışda 4 medal qazanıb. Bunlardan biri qızıl, ikisi gümüş, biri bürünc olub.

+100 kq çəki dərəcəsində “Qəbələ” təmsilçilərinin finalı baş tutub. Ayxan Cəfərova qalib gələn Camal Feyziyev birinciliyin qalibi adını qazanıb.

Ayxan kimi 100 kq çəki dərəcəsində çıxış edən İmran Yusifov da yalnız finalda uduzaraq gümüş medala yiyələnib. 66 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl İbrahimov isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!