Gənclər arasında Azərbaycan birinciliyinə yekun vuruldu

14 İyun 2018 00:10 Cüdo 625
Gənclər arasında Azərbaycan birinciliyinə yekun vuruldu

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günü oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev (+100 kq) qızıl medal qazanıb.

Ümumi medal sayında “Neftçi İdman Klubu” İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək ikinci yeri tutub.

5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub. Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları təqdim olunub.

İki gün davam edən ölkə birinciliyində, ümumilikdə, 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?