Rəşxan “Qəbələ” üçün Avstriyadan bürünc medal gətirdi

5 İyun 2018 08:00 Cüdo 807
Rəşxan “Qəbələ” üçün Avstriyadan bürünc medal gətirdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Rəşxan Baxşəliyev növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz gənclərin Avropa kubokunda fərqlənib.

O, Avstriyanın Leybnits şəhərində təşkil olunan yarışda bürünc medal qazanıb. İlk qarşılaşmada avstriyalı Nikolas Rexbergerə qalib gələn cüdoçumuz ukraynalı Dilşot Xalmatova uduzduqdan sonra təsəlliverici görüşlərdə qüvvəsini sınayıb.

Rumıniyalı Boqdan Drimba, braziliyalı Emerson Silva və macarıstanlı Ksanad Feçko üzərində qələbələri sıralayan Rəşxan yarışı fəxri kürsünün 3-cü pilləsində başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?