Liseydə cüdo zalı açıldı

2 İyun 2018 20:12 Cüdo 952
Liseydə cüdo zalı açıldı

Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə Bakı şəhərinin Bakıxanov qəsəbəsində yerləşən Kaspi Liseyində cüdo zalının açılışı olub.

Sportinfo.az xəbər verir ki, ACF rəsmiləri şagirdlərlə görüşdə Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Kaspi Liseyinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə ACF-yə təşəkkürünü bildirib. Məktəblilərə kimanolar təqdim olunub, onlara uğurlar arzulanıb.

Digər Xəbərlər
Xəbər Lenti