Avropa Cüdo İttifaqı Ramosun Salaha qarşı hərəkəti ilə "məzələndi"

29 May 2018 11:24 Cüdo 1 100
Avropa Cüdo İttifaqı Ramosun Salaha qarşı hərəkəti ilə "məzələndi"

Avropa Cüdo İttifaqı (EJU) Çempionlar Liqasının finalında İspaniya "Real"ın müdafiəçisi Serxio Ramosun "Liverpul"un futbolçusu Məhəmməd Salahı zədələməsinə reaksiya verib.

Sportinfo.az xəbər verir ki, EJU-nun rəsmi "Twitter" səhifəsi Ramosun misirli yarımmüdafiəçinin xəsarət almasına səbəb olan hərəkətini cüdoda qadağan olunmuş tutma fəndi adlandırıb.

"Bu, cüdoda qadağan olunsa da, futbolda Çempionlar Liqasını qazanmaq üçün kifayət qədər yaxşı fənddir",- deyə şərhdə bildirilir.

Məhəmməd Salah Serxio Ramosun bu hərəkətindən sonra çiynindən zədələnib və oyunu davam etdirə bilməyib. Onun 3 həftə müddətinə sıradan çıxdığı bildirilir. Görüş isə "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?