Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazandı

28 May 2018 00:40 Cüdo 930
Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazandı

Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirdə uğurla çıxış edən cüdoçularımız 8 medal qazanıblar.

Millimizin üzvləri Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medala sahib olub.

Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal qananıb. Beləliklə Azərbaycan cüdoçuları Portuqaliyada 3 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər.

28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kuboku turnirundə Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?