Göyçayda "Federasiya kuboku" uğrunda yarışı keçirildi

20 May 2018 00:00 Cüdo 726
Göyçayda "Federasiya kuboku" uğrunda yarışı keçirildi

Göyçay rayonunda "Federasiya kuboku" uğrunda cüdo yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışdan öncə seminar olub.

Seminarda cüdonun yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Regionlararası "Federasiya kuboku" uğrunda turnir bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunub.

Region yarışında iki yarımqrupda, 6 komanda – “Bakı-1”, “Bakı-2”, “Bakı-3”, “Sumqayıt-2”, “Şimal-1” və “Cənub-1” mübarizə aparıb. "Bakı-1” və “Bakı-2” komandaları növbəti region yarışında iştirak etmək üçün finala vəsiqə qazanıblar.

Növbəti finala çıxmaq üçün yarış iyun ayında Şamaxıda keçiriləcək. Final görüşləri isə həmin ayda Göygöl rayonunda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!