Sadıqov Avropa kubokunda "Qəbələ" finalını qazandı

13 May 2018 14:59 Cüdo 787
Sadıqov Avropa kubokunda "Qəbələ" finalını qazandı

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilir.

Sportinfo.az xəbər verir ki, yarış Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurlu alınıb.

Kişilərin 60 kq çəki dərəcəsində finalda "qırmızı-qaralar"ın iki üzvü qarşılaşıb. Mehman Sadıqov həlledici görüşədək rusiyalılar Şaxzod Amonov, Obid Dzebov, fransalı Yolan Florimont və daha bir meydan sahibi İvan Dolqixə qalib gəlib.

Kəramət Hüseynov finaladək rusiyalılar Danila Kurtaşov, Sergey Abian, Dmitri Kulikov və Baxriddin Muminovla qarşılaşıb. Avropa kubokundakı “Qəbələ” finalında isə Sadıqov ipponla qalib gələrək qızıl medala yiyələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!