Azərbaycan yığması Afrika kubokunda nə qazandı? - FOTOLAR

29 Aprel 2018 13:20 Cüdo 1 154
Azərbaycan yığması Afrika kubokunda nə qazandı? - FOTOLAR

Mərakeşdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 7 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Səbinə Əliyeva (48 kq), Mirağa Hacıyev (50 kq), Mətin Rzayev (60 kq), Kamran Novruzov (73 kq), Yaqub İsmayılzadə (90 kq), Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Aytac Qardaşxanlı (48 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), Vüqar Talıbov (66 kq), Hacıbala Cəbrayılov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Hüseyn Məmmədov (+90 kq) gümüş, Ülviyyə Bayramova (52 kq), Məsməxanım Quliyeva (70 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) bürünc medal qazanıb.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?