Hidayət Heydərov Avropa çempionatında yarımfinala yüksəldi

27 Aprel 2018 16:00 Cüdo 872
Hidayət Heydərov Avropa çempionatında yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

Heydərov ardıcıl olaraq, ukraynalı Dmitri Kanivetsi vazaari ilə, isveçrəli Nils Stamp və kosovolu Akil Qyakovanı ipponla yenib. Heydərovun yarımfinaldakı rəqibi belaruslu Vadim Şoka olacaq.

Eyni çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov isə yarışa moldovalı İon Naku üzərində qələbə ilə başlasa da, 1/8 finalda ukraynalı Artem Xomulaya uduzaraq mübarizəni dayandırıb.

73 kq

1/8 final. Rüstəm Orucov - Artem Xomula (Ukrayna)

1/16 final. Rüstəm Orucov - İon Naku (Moldova)

1/4 final. Hidayət Heydərov - Akil Qyakova (Kosova)

1/8 final. Hidayət Heydərov - Nils Stamp (İsveçrə)

1/16 final. Hidayət Heydərov - Dmitri Kanivets (Ukrayna)

İlk yarış günündə Azərbaycanın 3 kişi və 6 qadın cüdoçusundan heç biri mükafatçılar sırasına düşə bilməyib. 66 kq çəki dərəcəsində Orxan Səfərov 5-ci, Nicat Şıxəlizadə 7-ci yeri tutub. Yığmanın qalan üzvləri ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?