Federasiya kuboku uğrunda 5 bölgənin komandası mübarizə apardı

23 Aprel 2018 01:00 Cüdo 680
Federasiya kuboku uğrunda 5 bölgənin komandası mübarizə apardı

Cüdo federasiyasının qarşısında duran başlıca məsələlərdən biri bölgələrdə kütləviliyə nail olmaqdır.

Sportinfo.az xəbər verir ki, ACF-nin dəstəyi ilə bir neçə rayonda zallar yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.

Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

Federasiyanın dəstəyi ilə növbəti yarış Masallıda keçirilib. Regionlararası Federasiya kuboku uğrunda 5 bölgənin komandası mübarizə aparıb.

Daha yaxşı nəticə göstərən “Bakı-1” mərhələ yarışının qalibi olub. “Qərb-1” klubu 2-ci, “Cənub-1” 3-cü yeri tutub. Yeniyetmələrin komanda yarışının növbəti mərhələsi Şirvanda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?