Аzərbаycаn pоlisinin 100 illik yubileyinə həsr olunmuş çempionat

17 Aprel 2018 00:00 Cüdo 970
Аzərbаycаn pоlisinin 100 illik yubileyinə həsr olunmuş çempionat

Аzərbаycаn pоlisinin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə Daxili İşlər Nazirliyinin (DİN) çempionatı keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, DİN İdman Cəmiyyətində keçirilmiş yarışa ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən, ümumilikdə, 10 komandadan 80 idmançı qatılıb.

Komanda birinciliyində ilk "üçlük"də Əlahiddə Çevik Polis Alayı, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Polis Akademiyasının əməkdaşları qərarlaşıblar.

Çempion adını K.Məmmədli (62 kq, DQ), R.Diniyev (66 kq, PA), F.Mikayılov (73 kq, Gəncə ŞBPİ), A.Fətullayev (81 kq, ƏÇPA), H.Cəbiyev (90 kq, ƏÇPA), K.Abdullaxanlı (100 kq, BMİ) və A.Mehrəliyev (+100 kq, ƏÇPA) qazanıb. Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?