Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazandı

16 Aprel 2018 14:24 Cüdo 702
Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazandı

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Avropa Kubokunda Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Balabəy Ağayev (55 kq), Yaşar Nəcəfov (60 kq) və Ramilə Əliyeva (48 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fətiyev (81 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medala sahib olub.

Bu nəticə ilə Azərbaycan millisi 3-cü yeri tutub. Avropa Kubokunda 17 ölkədən 259 cüdoçu mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi