Azərbaycan yığması Avropa Kubokunu 6 medalla başa vurdu

10 Aprel 2018 12:12 Cüdo 555
Azərbaycan yığması Avropa Kubokunu 6 medalla başa vurdu

İtaliyanın Linyano şəhərində gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son yarış günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib.

100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov bürünc medal qazanıb. Beləliklə, Avropa Kubokunda, ümumilikdə, 6 medal qazanılıb.

Bunadək 55 kq çəki dərəcəsində Balabəy Ağayev qızıl, Rəşxan Baxışəliyev gümüş, Rövşən Əliyev bürünc medala sahib olub. 60 kq çəki isə Yaşar Nəcəfov gümüş, Əhməd Yusifov bürünc medal qazanıb.

36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!