"Qəbələ"li Kəramət Hüseynovdan qızıl medal

9 Aprel 2018 16:48 Cüdo 590
"Qəbələ"li Kəramət Hüseynovdan qızıl medal

Türk Şurası Universitet İdman Oyunları çərçivəsində keçirilən cüdo turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Kompleksində təşkil olunan yarışın ilk günündə bütün çəki dərəcələrində medalçılar müəyyənləşib.

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun cüdoçusu Kəramət Hüseynov da fərqlənənlər sırasında olub.

60 kq çəki dərəcəsində çıxış edən idmançımız Azərbaycan, Türkiyə və Qazaxıstan cüdoçularının mübarizəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Sabah cüdoçuların komanda yarışları keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi