Azərbaycan cüdoçuları Avropa kubokunda daha 2 medal qazandı

9 Aprel 2018 00:00 Cüdo 648
Azərbaycan cüdoçuları Avropa kubokunda daha 2 medal qazandı

Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb.

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Cüdoçularımız Avropa kubokunda daha 2 medal qazanıblar. 90 kq çəki dərəcəsində yarışan Yaqub İsmayılzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

+90 kq çəki dərəcəsində yarışan Toğrul Salmanov Berlində bürünc medala layiq görülüb. Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verir.

Digər Xəbərlər
Xəbər Lenti