Azərbaycan millisinin üzvü Almaniyada 2-ci yeri tutdu

8 Aprel 2018 19:24 Cüdo 620
Azərbaycan millisinin üzvü Almaniyada 2-ci yeri tutdu

Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandasının üzvü Mirağa Hacıyev gümüş medal qazanıb.

Almaniya, Xorvatiya, İsrail və Türkiyə cüdoçularına qalib gələn Mirağa Hacıyev qızıl medal uğrunda görüşdə Türkiyə təmsilçisi Emirhan Karahana uduzaraq 2-ci yeri tutub.

Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi