Hidayət Heydərov Antalya Qran-prisində bürünc medal qazandı

8 Aprel 2018 00:50 Cüdo 631
Hidayət Heydərov Antalya Qran-prisində bürünc medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pridə bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı mübarizəyə 1/16 finaldan başlayıb.

O, ardıcıllıqla avstriyalı Lukas Reyter, rusiyalı Feliks Qaluayev və iranlı Məhəmməd Məhəmmədiyə qalib gəlib.

Lakin Heydərov yarımfinalda cənubi koreyalı Çanqrim Ana uduzub. Bununla belə, o, bürünc medal uğrunda montoneqrolu Nikoloy Qusiçi yenərək, fəxri kürsünün üçüncü pilləsinə yüksəlməyi bacarıb.

Azərbaycan yığması Qran-priyə 10 cüdoçu ilə yollanıb. İlk yarış günündə mübarizə aparan 5 idmançıdan heç biri medal qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!