Mayın 4-də Bakı Olimpiya Stadionunun (BOS) əsas meydanında WFCA-48 (World Fighting Championship Akhmat) adlı döyüş gecəsi keçiriləcək.
Sportinfo.az xəbər verir ki, saat 19:00-da başlanacaq tədbirin təşkilatçıları "Axmat", Azərbaycan Cüdo Federasiyası və "Olimpiya" döyüş klublarıdı.
Bu, BOS üçün tam yeni formatlı tədbir olacaq. Gecədə 10 döyüş və 1 superdöyüş təşkil ediləcək. Azərbaycanı 3 döyüşçü - Vüqar Kərəmov, Mehman Məmmədov və Bəxtiyar Arzumanov təmsil edəcək.
Digər döyüşçülər Rusiya, Ukrayna, Braziliya, Qırğızıstan və ABŞ-dan olacaq. Superdöyüş isə iki rusiyalı - Maqomedrəsul Xasbulayev və Salman Jamaldayev arasında keçiriləcək.
Biletlər aprelin əvvəlində satışa çıxarılacaq. Döyüşlər üçün arenanın bir hissəsi ayrılacaq və səhnə ətrafında 4 min nəfərlik tribuna quraşdırılacaq. Əslən azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov da "Axmat" klubunun üzvüdü.

