74 klubun iştirakı ilə Azərbaycan birinciliyinə start verildi

15 Mart 2018 08:12 Cüdo 834
74 klubun iştirakı ilə Azərbaycan birinciliyinə start verildi

"Sərhədçi" Olimpiya İdman Mərkəzində kiçik yaşlı yeniyetmələr arasında (U-15) cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 74 klubdan 651 cüdoçu (567 oğlan, 84 qız) mübarizə aparır.

Üç gün davam edəcək ölkə birinciliyinin ilk günündə qızlarda bütün çəki dərəcələrində, oğlanlarda isə 34 kq və 38 kq çəki dərəcələrində mübarizə aparan yeniyetmə cüdoçular arasında qaliblərin adlarına aydınlıq gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi