Azərbaycan cüdoçuları Avropa kubokunda 2 medal qazandı

4 Mart 2018 00:00 Cüdo 677
Azərbaycan cüdoçuları Avropa kubokunda 2 medal qazandı

Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Spottinfo.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar.

Qızların yarışında Vüsalə Kərimova(44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qızıl medalına sahib olub.

48 kq-da mübarizə aparan Səbinə Əliyeva Antalya turnirinin bürünc medalına layiq görülüb. Avropa kuboku yarışına martın 4-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti