7 azərbaycanlı “Böyük Dəbilqə” yarışında iştirak edəcək

8 Fevral 2018 19:24 Cüdo 576
7 azərbaycanlı “Böyük Dəbilqə” yarışında iştirak edəcək

Fevralın 10-da Fransanın paytaxtı Parisdə start götürəcək cüdo üzrə “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında 7 cüdoçu medallar uğrunda yarışacaq.

İki gün davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycanı Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Əbdülhəqq Rəsullu (90 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) təmsil edəcək.

Beynəlxalq yarışda 73 ölkədən 429 idmançı (248 kişi, 181 qadın) mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!