Yeniyetmələr arasında keçirilən Bakı birinciliyi yekunlaşdı

8 Fevral 2018 00:40 Cüdo 892
Yeniyetmələr arasında keçirilən Bakı birinciliyi yekunlaşdı

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-13 kiçik yaşlı yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 551 cüdoçu mübarizə aparıb.

Paytaxtın 48 klubunu təmsil edən kiçik yaşlı cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ikinci günü oğlanlar arasında bütün çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Müxtəlif çəki dərəcələrində Nurlan Kazımov, Kamran Həsənov, Şamil Tuncay, Emil Qasımlı, Kənan Hüseynov və Ramazan Əhmədov bütün rəqiblərinə qalib gəliblər. Mükafatçılara diplom və medallar təqdim olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi