Azərbaycan yığması açıq Avropa Kubokunda daha bir medal qazandı

4 Fevral 2018 20:58 Cüdo 621
Azərbaycan yığması açıq Avropa Kubokunda daha bir medal qazandı

Azərbaycanın cüdo üzrə yığma Komandası açıq Avropa Kubokunda daha bir medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Uşanqi Kokauri 100 kq çəki dərəcəsində Sofiyada keçirilən cüdo üzrə açıq Avropa Kubokunda bürünc medal qazanıb.

Kokauri ardıcıl olaraq ispan Çelaru Qriqorasa, daha sonra ukraynalı Andrey Kolesnikə qalib gəlib. Lakin yarımfinalda belçikalı Bencamin Harmenisə məğlub olub.

O, təsəlliverici görüşdə ukraynadan olan Stanislav Bondarenkoya qalib gələrək, turniri üçüncü yerdə başa vurub.

Daha əvvəl Azərbaycanın daha bir idmançısı Tofiq Məmmədov 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!