Bakıda təşkil olunacaq dünya çempionatı barədə nə yazdları?

20 Yanvar 2018 16:48 Cüdo 596
Bakıda təşkil olunacaq dünya çempionatı barədə nə yazdları?

Beynəlxalq Cüdo Federasiyası qarşıdan gələn dünya çempionatı ilə bağlı məqalə həsr edib.

Sportinfo.az xəbər verir ki, “Gərgin il” adlanan yazıda bunlar deyilib:

“Ötən il Budapeştdə keçirilən parlaq dünya çempionatından sonra, bu çempionat təkcə 14 çəki dərəcəsində yeni qaliblərinin adlarını deyil, həm də qarışıq komanda yarışlarında qalib titulunun ilk sahibinin (Yaponiya) adını açıqladı.

Bakıda təşkil olunacaq eyni yarış böyük səbirsizliklə gözlənilir. Bir tərəfdən, idmançılar 2020-ci ildə Tokio olimpiadasına vəsiqə qazanmaq üçün xallar toplayacaqlar, digər tərəfdən Bakıda olimpiya tituluna namizədləri görmək, yaxın üç ildə dünya arenasında əsas rol oynayacaq idmançıları müəyyən etmək mümkün olacaq”.

Qarşıdan gələn dünya çempionatının böyük maraq doğuran hadisələrindən biri 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizədir. Qeyd edək ki, uzun illər bu çəki dərəcəsində onqat dünya çempionu və ikiqat Olimpiya çempionu, fransalı Teddi Riner lider olub.

IJF yazır: “Görəsən T.Riner ağırçəkililərin mübarizəsində öz üstünlüyünü yenidən sübuta yetirə biləcəkmi? Olimpiya çempionu Majlinda Kelmendi yetərincə mürəkkəb olan ötən mövsümdən sonra əvvəlki səviyyəyə qayıda biləcəkmi?

2020-ci ildə öz meydanında – Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşan Yaponiya komandası məğlubedilməzliyini qoruyub saxlaya biləcəkmi? Bakıdakı çempionat məhz bu suallara aydınlıq gətirəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!