Azərbaycan mütəxəssisləri beynəlxalq seminarda iştirak etdi

18 Yanvar 2018 00:30 Cüdo 606
Azərbaycan mütəxəssisləri beynəlxalq seminarda iştirak etdi

Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, İJF-nin prezidenti Marius Vizerin də iştirak etdiyi seminar nəzəri və praktiki hissədən ibarət olub.

Tədbirdə cüdonun yeni qaydalarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və Regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov da iştirak ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi