Respublika çempionatında daha üç çəki dərəcəsinin qalibləri müəyyənləşdi

28 Dekabr 2017 00:40 Cüdo 664
Respublika çempionatında daha üç çəki dərəcəsinin qalibləri müəyyənləşdi

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

73 kq çəki dərəcəsində Kənan Quluzadə, 81 kq çəki dərəcəsində Fəqan Quluzadə və 90 kq çəki dərəcəsində Əbdülhəqq Rəsullu Azərbaycan çempionu adına layiq görülüblər.

Bu gün 100 kq, +100 kq çəki dərəcələrində, eləcə də usta cüdoçuların bütün yaş qruplar və çəki dərəcələrində qalibləri bilinəcək.

Respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi