Rövnəq Abdullayev və yaxın adamlarını bir araya gətirən çempionatda ilk gün - FOTO

27 Dekabr 2017 00:50 Cüdo 690
Rövnəq Abdullayev və yaxın adamlarını bir araya gətirən çempionatda ilk gün - FOTO

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri məlum olub.

Sportinfo.az xəbər verir ki, mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin sədri Aleksandr Yatskeviç, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Mikayıl İsmayılov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, tanınmış cüdo xadimləri iştirak ediblər.

Çempionatın mükafatçılarına medallar, diplom və pul hədiyyələri təqdim olunub. Respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi