Elxan Məmmədovun "World Masters"də nə qazandığı bilindi

18 Dekabr 2017 09:48 Cüdo 650
Elxan Məmmədovun "World Masters"də nə qazandığı bilindi

Azərbaycan cüdo millisi Rusiyanın Sankt Peterburq şəhərindəki "World Masters" turnirini 2 medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, son yarış günündə dünya və Avropa çempionu Elxan Məmmədov da bürünc medala sahib olub.

35 yaşlı cüdoçu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Joakim Dvarbini, növbəti qarşılaşmasında Jorje Fonsekanı üstələyib.

Lakin yarımfinalda Məmmədov hollandiyalı Mixael Korrelə "qızıl xal"la uduzub. Bürünc medal uğrunda görüşdə isə rəqib "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisov olub. Təcrübəli cüdoçu qalib gələrək, fəxri kürsüdə yer almağı bacarıb.

İlk yarış günündə Azərbaycanın daha bir təmsilçisi Hidayət Heydərov 73 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib. Digər cüdoçulardan Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov 7-ci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!