Cüdo üzrə Bakı çempionatına yekun vuruldu

25 Noyabr 2017 18:36 Cüdo 630
Cüdo üzrə Bakı çempionatına yekun vuruldu

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən kişi və qadınlar arasında cüdo üzrə Bakı çempionatına yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) Sportinfo.az-a verilən məlumata görə, iki gün davam edən yarışın sonuncu günündə kişi cüdoçular arasında 5 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

ACF ilə Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Kərim Abdullayev (73 kq), İsmayıl Priyev (81 kq), Qurban Qurbanov (90 kq), Cəfər Əkbərli (100 kq) və Camal Feyziyev (+100 kq) çempion olublar.

Paytaxt çempionatının qalib və mükafatçılarına medallar, diplomlar təqdim edilib. Yarışda yaxşı nəticə göstərən cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında mübarizə aparacaqlar.

Bakı çempionatında 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizə aparı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi