Azərbaycan birinciliyinin ilk gününə yekun vuruldu

16 Noyabr 2017 13:48 Cüdo 567
Azərbaycan birinciliyinin ilk gününə yekun vuruldu

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışların birinci günü qızlar arasında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində qaliblər müəyyənləşib.

Yekunda Xəlilova Ruslana (36 kq), Şirinzadə Aydan (40 kq), Alıyeva Səbinə (44 kq), Kərimova Vüsalə (48 kq), Bayramova Ülviyyə (52 kq), Səfərova Fəridə (57 kq), Ağayeva Südabə (63 kq), Əmirli Nərmin (70 kq), Kərimova Rəvanə (+70 kq), Rzayev Aydın (46 kq) və Hacıyev Mirağa (50 kq) Azərbaycan çempionu adını qazanıblar.

Yyarışda 565 cüdoçu mübarizə aparır. Yeniyetmələrin ölkə birinciliyi noyabrın 17-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!